“Melissa Group” tikinti şirkətinə məxsus “Melissa Park” gözoxşayan infrastrukturu və ərazisinin landşaft dizaynı olan çoxbloklu ekonom yaşayış kompleksidir.
Fins.az xəbər verir ki, şəhərin əsas infrastruktur qovşaqlarının və “20 Yanvar” m/st-nın yaxınlığında, H.Zərdabi prospektində yerləşən yaşayış kompleksinin satış şərtləri daxili ipoteka ilə ilkin ödəniş 40%-dən başlayaraq, 20 ilədək müddətə, illik faiz dərəcəsi 6%-dən başlayan qiymətlərlə təklif olunur.
Mənzil planlarına görə 2 otaqlı 47,1 m²-lik təmirli mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 2 520 və 2 580 manatdan, 2 otaqlı 47,2 m² və 47,3 m²-lik təmirli mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 2 580 manatdan, 2 otaqlı 51,6 m²-lik təmirli mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 2 530 manatdan, 2 otaqlı 51,6 m²-lik təmirli mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 2 400 manatdan, 3 otaqlı 68,6 m²-lik təmirli mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 2 600 manatdan, 3 otaqlı 95,5 m²-lik təmirli mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 2 430 manatdan, 3 otaqlı 96,5 m²-lik təmirli mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 2 400 manatdan, 3 otaqlı 96,6 m²-lik təmirli mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 2 530 manatdan, 3 otaqlı 96,6 m²-lik 2 430 manatdan təklif olunur.
22 ildən çox təcrübənin bəhrəsi olan, 7 hektar ərazini əhatə edən, yaşıl şəhərcik sayılan “Melissa Park” yaşayış kompleksinin 70%-ni geniş həyətyanı sahəsi olan yaşıl park təşkil edir.
Fuad Mədətov
Fins.az