BİZNES

29 Yanvar

“Firavan Park” yaşayış kompleksinin SATIŞ ŞƏRTLƏRİ

Abşeron rayonu, Masazır qəsəbəsində, Duzlu gölün yaxınlığında yerləşən “Firavan Park” yaşayış kompleksinin 2 binası hazırdır və hazırda kompleksdə 3-cü binanın təməl-bünövrə işləri həyata keçirilir.

Fins.az xəbər verir ki, şirkət məhz həmin binada ilkin dəyərində mənzil sahibi olmaq istəyən şəxslərə satış şərtlərini açıqlayıb.

Satış şərtləri ilkin ödənişi 1 otaqlı mənzillər üçün 7.500 AZN, 2 otaqlı mənzillər üçün 10.000 AZN və 3 otaqlı mənzillər üçün 15.000 AZN-dir. Faizsiz daxili kredit müddəti isə 60 ayadək təklif olunur.

Şirkət qeyd olaraq diqqətə çatdırıb ki, bu qiymətlər ilkin satış şərtləridir.

Mənzil planlarına görə 47,0 m²-dən 105,0 m²-dək hər kvadratmetrin (m²) qiyməti 1 070 manatdır.

Yeni bina 2025-ci ildə təhvil veriləcək.

Məlumat üçün bildərək ki, “Firavan Park” yaşayış kompleksi 10 binadan ibarət olacaq. Kompleksin ümumi ərazisi 7 hektardır və bunun sadəcə 5.5 hektarı tikinti və sair iaşə obyektləri, oyun meydançaları üçün nəzərdə tutulub. Ərazinin 1.5 hektarlıq hissəsində istirahət zonaları olan yaşıllıq salınacaq.

Yaşayış kompleksinin bütün binaları 2 blokdan və 16 mərtəbədən ibarətdir. Binanın qarajından birbaşa mənzillərə çıxış var.

Fuad Mədətov
Fins.az