BİZNES

29 Yanvar

“Eleven Park” yaşayış kompleksinin SATIŞ ŞƏRTLƏRİ

“Winter City Group” tikinti şirkətinə məxsus “Eleven Park” yaşayış kompleksi 1, 2, 3 və 4 otaqlı mənzillər təklif edir.

Fins.az xəbər verir ki, Bakı şəhəri Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən yaşayış kompleksinin satış şərtləri daxili kreditlə 30% ilkin ödəniş, 60 ay müddətinə, illik 6% olmaqla və ipoteka yolu ilə 30% ilkin ödəniş, 22 il müddətinə, illik 9% olmaqla təklif olunur.

Mənzil planlarına görə 50,5 m²-dən 179,5 m²-dək mənzillərin hər kvadratmetrin (m²) qiyməti 2 200 və 2 300 manatadır.

Yaşayış kompleksinin 2026-cı ildə təhvil veriləcək.

“Winter City Group” 10 ildən artıqdır ki, tikinti sahəsində fəaliyyət göstərir və beynəlxalq standartlara uyğun premium sinif binalar inşa edir. Biz şəhərin arxitekturasına uyğun, sakinləri üçün tam rahat və təhlükəsiz yaşayış komplekslərini təqdim edirik. Tamamlanmış və davam edən layihələrimiz gördüyümüz yüksək səviyyəli işin nümunəsidir.

Fuad Mədətov
Fins.az