BİZNES

29 Yanvar

“Baku City Residence Olimpik” yaşayış kompleksinin SATIŞ ŞƏRTLƏRİ

Etibarlı, komfortlu və təhlükəsiz həyat insanların düşündüyündən daha yaxındır. Belə ki, 9 hektarlıq ərazidə inşa edilən “BCR Real Estate İnvestment” daşınmaz əmlak agentliyi tikinti şirkətinə məxsus “Baku City Residence Olimpik” yaşayış kompleksi “Koroğlu” metrostansiyasına və əsas nəqliyyat qovşaqlarına yaxınlığı ilə seçilir.

Fins.az xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu H.Əliyev prospekti 189 ünvanında yerləşən yaşayış kompleksinin satış şərtləri daxili kredit 30% ilkin ödəniş olmaqla 36 ayadək müddətə və ipoteka ilə ilkin ödəniş 30% olmaqla 22 ilədək təklif olunur.

Mənzil planlarına görə 1 otaqlı 71,5 m²-lik (Təmirsiz) mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 1 950 manatdan, 1 otaqlı 79,3 m²-lik (Təmirsiz) mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 2 050 manatdan, 2 otaqlı 108,2 m²-lik (Təmirsiz) mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 1 990 manatdan, 2 otaqlı 117,2 m²-lik (Təmirsiz) mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 1 985 manatdan, 3 otaqlı 136,1 m²-lik (Təmirsiz) mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 2 010 manatdan, 3 otaqlı 146,4 m² (Təmirsiz) mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 1 930 manatdan, 4 otaqlı 172,8 m²-lik (Təmirsiz) mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 1 670 manatdan təklif olunur.

Yeni bina bu il təhvil veriləcək.

Yaşayış kompleksi 4 giriş-çıxış yoluna malik, təhlükəsiz, yaşayış məkanından kənar və mənzil sayına uyğun 2 mərtəbəli yeraltı avtodayanacağı ilə sizi parkinq qayğılarından azad edir. Keyfiyyətli tikinti materialları ilə inşa edilən “Baku City Residence Olimpik” sağlam və təhlükəsiz 16 mərtəbəli yaşayış binalarında uzunömürlü və dayanıqlı mənzillər təklif edir.

Fuad Mədətov
Fins.az