BİZNES

29 Yanvar

“Avant Park” yaşayış kompleksinin SATIŞ ŞƏRTLƏRİ

İnşasına keçən il başlanılan “Avant Park” yaşayış kompleksi böyük marağa sahib oldu və bütün mənzillər çox qısa zamanda satıldı. Lakin alıcıların çoxsaylı sorğularını və istəklərini nəzərə alaraq layihəni “Avant Vista” fazası ilə genişləndirmək qərarına gəldik. Hər iki layihə birlikdə yaşıllıqlarla əhatə olunmuş 7,3 hektarlıq sahədən ibarətdir.

Fins.az xəbər verir ki, Bakı şəhəri, Yasamal rayanu A.M.Şərifzadə küçəsi 241 (İTV telekanalının yaxınlığı) ünvanında yerləşən yaşayış kompleksinin satış şərtləri ipoteka yolu ilə minimal ilkin ödəniş 30 % olmaqla20 il müddətinə və illik faiz dərəcəsi 11%-dən başlayan, o cümlədən minimal ilkin ödəniş 20 % olmaqla 10 il müddətinə və illik faiz dərəcəsi 9%-dən başlayan qiymətlə təklif olunur. Həmçiin daxili kredit şərtiylə 24 ay müddətinə və ilkin ödəniş 40% olmaqla mənzillərə sahib olmaq mümkündür.

Mənzil planlarına görə 65,6 m² (1 otaqlı) və 114,6 m² (3 otaqlı) olan mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 2 110 manatdır, 88,8-95,8 m² (2 otaqlı) olan mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 2 070 manatdır və 120,3 m² (3 otaqlı) olan mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 2 030 manatdır.

Şirkət təklif edir ki, “Payçı" “MTK“ mənzildə əlavə təmir işləri və ya yuxarıda göstərilən işlərdən başqa işlərin görülməsini əlavə ödəniş etməklə sifariş verə bilər.

Həmçinin "Payçı" tərəfindən təmir işləri aparılan zaman yüklərin daşınması “MTK”nın təsdiq edilmiş tariflərinə uyğun həyata keçirilir.

Fuad Mədətov
Fins.az