Bakı şəhəri, Nəsimi rayonu, "28 May" metrostansiyasının yeni çıxışı ilə üzbəüz yerləşən "28 Residence" yaşayış kompleksi paytaxtın yeni baş planına əsasən inşa edilib.
Fins.az xəbər verir ki, yaşayış kompleksində mənzil planlarına görə 120 m²-dən 265,8 m²-dək hər kvadratmetrin (m²) qiyməti 2 700 manatdır.
Satış şərtləri daxili kreditlə ilkin ödəniş 30% olmaqla 3 il müddətinə təklif olunur.
Qeyd edək ki, layihəniin əsas üstünlüyü ekoloji cəhətdən təmiz ərazidə yerləşməsidir.
Fuad Mədətov
Fins.az