BİZNES

25 Yanvar

Hər bir işdə yüksək qazanc əldə etmək üçün nöqsansız əsaslara söykənmək lazımdır - ARİS MMC

Azərbaycanda fəaliyyət göstərən, milli brend sayılan “ARIS” MMC IT xidmətləri, sistem inteqrasiyası, proqram təminatlarının yazılması, videomüşahidə, giriş-çıxış və parkinq sistemləri, bulud texnologiyaları və s. innovativ həllər ilə yerli və qlobal bazarda xidmət göstərir.

Fins.az xəbər verir ki, şirkət "Cisco", "Microsoft", "Dell", "PaloAlto", "Fortinet", "Juniper", "Vmware" kimi dünya liderlərinin rəsmi tərəfdaşıdır.

Hər bir işdə düzgün və yüksək qazanc əldə etmək üçün planlı və nöqsansız əsaslara söykənmək lazımdır. Şirkət də bütün zehni və fiziki əməyini istifadə edərək müştərilərin mükəmməl deyəcə biləcəyi bir işin ərsəyə gəlməsi üçün çalışır.

"ARIS" MMC hər bir şəxsin irəliyə doğru planlarını həyata keçirmək üçün əla bir seçimdir.

Şirkətin vizyonu davamlı bir şəkildə inkişaf etmək və rəqabətli qlobal bazarda keyfiyyətli "Web" və Proqram inkişafı həllərini təmin etmək, esas IT xidmət təminatçısı kimi böyüməkdir.

Şirkətin məqsədi müştəriləri üçün rəqabət üstünlüyü yaradan, yüksək keyfiyyətli həllər təqdim etməkdir. Şirkət həmişə innovativ ideyaları araşdıraraq xidmətinin keyfiyyətini artırmağa çalışır.

Fuad Mədətov
Fins.az