BİZNES

25 Yanvar

UNEC-in Bloomberg Maliyyə laboratoriyasının proqnozu: TCMB faiz dərəcəsini artıracaq

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bloomberg Maliyyə laboratoriyası Türkiyə Cümhuriyyəti Mərkəz Bankının (TCMB) Pul Siyasəti Komitəsinin yeni ilin ilk faiz qərarı ilə bağlı proqnozunu açıqlayıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, proqnoza görə, TCMB faiz dərəcəsini 45 faizə qədər artıracaq.