BİZNES

24 Yanvar

Azərbaycanda ixracatçılar üçün informasiya portalı istifadəyə veriləcək

Bu ilin sonuna qədər Azərbaycanda ticarət və informasiya portalı (madeinazerbaijan.gov.az) istifadəyə veriləcək.

Fins.az xəbər verir ki, bunu Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri” mövzusunda tədbirdə AZPROMO-nun icraçı direktorun müavini Tural Hacılı bildirib.

Onun sözlərinə görə, elektron platforma vasitəsilə ixracatçılara daha yüksək səviyyəli və keyfiyyətli xidmətlər göstəriləcək:

"Bu portalda zəruri informasiyalar yerləşdiriləcək. İxracatçılar üçün məlumatlar əlçatan olacaq".

Fuad Mədətov
Fins.az