BİZNES

24 Yanvar

2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının 85 % artırılması hədəflənir

2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının dəyərinin 5 milyard ABŞ dollarına çatdırılması hədəflənir.

Fins.az xəbər verir ki, bunu Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr” mövzusunda tədbirdə AZPROMO-nun icraçı direktorun müavini Tural Hacılı bildirib.

Onun sözlərinə görə, hazırlanan Milli İxrac Strategiyasında qısa və orta perspektivdə mövcud məhsulların yeni bazarlara, uzunmüddətli perspektivdə isə yeni məhsulların yeni bazarlara ixracı hədəflənir:

“2021-ci illə müqayisədə 2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının 85 % artırılması, yəni təxminən 5 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur".

Fuad Mədətov
Fins.az