BİZNES

24 Yanvar

Azərbaycan qeyri-neft ixracının dəyərini hər il 1 milyard ABŞ dollarından çox artıra bilər - BMT rəsmisi

Azərbaycan növbəti 5 ildə qeyri-neft ixracının dəyərini hər il 1 milyard ABŞ dollarından çox artırmaq potensialına malikdir.

Fins.az xəbər verir ki, bunu Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr” mövzusunda tədbirdə BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanın istifadə olunmayan ixrac potensialı var. Son bir neçə ildə ölkənin qeyri-neft ixracı davamlı artıb.

Fuad Mədətov
Fins.az