BİZNES

17 Yanvar

Maliyyələşən investisiya layihələrinin ümumi dəyəri 459,9 milyon manatdır - Sahibkarlığın İnkişafı Fondu

2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3276 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 193,8 milyon manat dəyərində güzəştli kredit ayrılıb.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev 2023-cü ildəki fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, investisiya layihələrinin ümumi dəyəri 459,9 milyon manatdır və bu kreditlər sayəsində 3 mindən çox yeni iş yeri açılıb:

"Ayrılan kreditlərin 46,4 faizi kənd təsərrüfatı məhsullarının istehsalına, 43 faizi sənaye məhsullarının istehsalı və emalına, 5,5 faizi xidmət sahəsinə, 4,5 faizi isə turizmin inkişafı üzrə layihələrə yönəlib. Güzəştli kreditlərin 72 faizi bölgələrə, 28 faizi isə Bakı və Abşeron iqtisadi rayonuna yönəlib".

Fuad Mədətov
Fins.az