İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində "Japan Tobacco International" şirkətinin prezidenti və baş icraçı direktoru Eddi Pirard və beynəlxalq əlaqələr üzrə direktoru Ana Velykoviçlə görüşüb.
Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşımında qeyd edib.
Bildirilib ki, görüşdə Azərbaycanın COP29 tədbirinə ev sahibliyi çərçivəsində nəzərdə tutulmuş işlər, həmçinin özəl sektorun COP29-un fəaliyyətinə cəlb olunması barədə fikir mübadiləsi aparılıb.
Fuad Mədətov
Fins.az