BİZNES

16 Yanvar

Türkiyə Azərbaycana avtomobil sənayesi məhsulları ixracını 26,2 faiz azaldıb

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana avtomobil sənayesi məhsulları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz azaldaraq 112,7 milyon dollara çatdırıb.

Fins.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2023-cü ilin dekabr ayında Türkiyə Azərbaycana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 1,4 faiz azaldaraq 11,1 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 35 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,1 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2022- dekabr 2023) Türkiyə 35 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az