Müqaviləni “BSC Consulting” şirkətinin təsisçisi İkram Mütəllimov və Accounting.az şirkətinin direktoru Ramin Ramazanov imzalayıblar.
Fins.az xəbər verir ki, bu əməkdaşlıq konsaltinq xidmətlərinin inkişaf etdirilməsi ilə yanaşı, hər iki şirkət arasında arasında dostluq münasibətlərinin dərinləşməsinə də töhfə verəcək.
“BSC Consulting” şirkətinin təsisçisi İkram Mütəllimov əməkdaşlığın hər iki tərəf üçün xeyirli və faydalı olacağına inamını ifadə edib.
25 ildən çoxdur ki, peşəkar komandası ilə birgə bilik və xidmətlərini müştərilərinə təqdim edən BSC Consulting şirkəti maliyyə və mühasibatlıq, hüquq və insan resursları xidmətləri ilə bu günə qədər 100-lərlə şirkətin uğurlarına töhfə vermişdir.
Günel Məlikzadə
Fins.az