BİZNES

16 Yanvar

"SAMADOV Hüquq və Audit" şirkətinin maliyyə hesabatlarıda artım olub

"SAMADOV Hüquq və Audit" şirkəti 2023-cü il üzrə maliyyə hesabatlarıda əvvəlki illə müqayisədə 10-12 faiz artım olub.

Bunu Fins.az-a müsahibəsində şirkətin təsisçisi və direktoru Ruzi Səmədov deyib.

Onun sözlərinə görə, 2023-cü il şirkət üçün uğurlu olub:

“Həm maliyyəmiz, həm də bir sıra kadr dəyişikliyi oldu. Amma 2024-cü ildə daha çox qazanacağımızı gözləyirik. Rəqəmlərlə desək, 2023-cü ildə 10-12 faiz artım olub. Bu artımı da yeni kadrlarımıza xərclədik və işimizi daha genişləndirdik. Xeyli audit uğurumuz da oldu”.

R.Səmədov onu da qeyd edib ki, yeni sahələrə başlayıblar və yalnız mühasibatlıq deyil, HR xidməti də göstərirlər.

Fuad Mədətov
Fins.az