BİZNES

15 Yanvar

Naxçıvanda vergi daxilolmaları artıb

2023-cü ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 164,7 milyon manatdan çox vergi daxil olub.

Fins.az nazirliyin yayımladığı məlumata istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 32,1 milyon manat və ya 24,2 % çoxdur.

Naxçıvan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları 2022-ci illə müqayisədə 36,6 milyon manat və ya 29,4 % artıb.

Fuad Mədətov
Fins.az