Müharibələr, epidemiyalar, ticarət mübahisələri, embarqolarla dünya durğunluq içindədir. Bu vəziyyət beynəlxalq ticarətdə domino effekti yaradır. Ölkələr bir-birinin ticarətindən təsirlənir və epidemiya kimi uzun müddət ondan qurtula bilmirlər. Ticarət yollarında problemlər xüsusilə son 50-60 ildə ticarətin vəbasına çevrilib.
Fins.az xəbər verir ki, Süveyş kanalındakı ən böyük böhranlardan biri də 2021-ci ilin mart ayında kanaldan keçərkən idarəetməni itirən Ever Given adlı gəmi olub və Süveyş kanalında dəniz nəqliyyatını tamamilə dayandırıb. Dünya dəniz ticarətinin 12 faizinə ev sahibliyi edən və normal olaraq gündə 50 konteyner gəmisindən keçən keçid tamamilə bağlanıb. Kanal yolunun bağlı qalması hər gün dünya ticarətinə 10-15 milyard dollar zərər vururdu. Kanalın tıxanmasından sonra tualet kağızı kimi gündəlik həyatda istifadə olunan məhsullarda qısa müddətli qıtlığın ola biləcəyi düşünülürdü. Bir çox dairələrdə kanalın bağlanmasının Süveyş kanalının reputasiyasına xələl gətirsə də, tarixi İpək Yolu kimi yerüstü ticarət yollarının yenidən aktivləşməsinə səbəb ola biləcəyi iddia edilir.
Günel Məlikzadə
Fins.az