Azərbaycan iqtisadiyyatında özəl sektorun payı 86,5 faiz təşkil edir.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən "Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası" mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, ölkədə keçirilən irimiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib.
"Sahibkarlığa dövlət dəstəyi ilə bağlı keçirilən tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə olunub: dövlət-sahibkar münasibətlərinin inkişafı, sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi sisteminin formalaşması, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması. Özəl sektorun ölkə iqtisadiyyatında payı 86,5 faiz, məşğulluqda isə 78,1 faiz olub".
Fuad Mədətov
Fins.az