BİZNES

12 Yanvar

Hazırda xarici ölkələrdə Azərbaycanın 4 şərab evi fəaliyyət göstərir

Hazırda xarici ölkələrdə Azərbaycanın 11 ticarət evi, 4 şərab evi və 4 ticarət evi filialı fəaliyyət göstərir.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən "Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, bu ticarət evlərində Azərbaycan məhsulları təqdim olunur:

"Qeyri-neft-qaz ixracı sahəsində coğrafi diversifikasiya ilə yanaşı, məhsul növlərinin diversifikasiyasında uğurlu nəticələr əldə olunub. Ölkə sahibkarlarının beynəlxalq sərgi və yarmarkalarda iştirakının dəstəklənməsi, xaricdə "Made in Azerbaijan" brendinin təşviqi və digər tədbirlər də ixracın artımını təşviq edir".

Fuad Mədətov
Fins.az