Son 20 il ərzində Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) real həcmi 3,6 dəfədən çox artıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən "Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası" mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, əhalinin hər nəfərinə düşən ÜDM artaraq 769 ABŞ dollarından 7 798 ABŞ dollarına çatıb:
"Qeyri-neft-qaz sahəsində ÜDM 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb.
Ölkənin xarici ticarət dövriyyəsinin həcmi 9,5 dəfədən çox artaraq 50 milyard ABŞ dollarına çatıb. Qeyri-neft-qaz ixracı 8,9 dəfədən çox artaraq, rekord səviyyəyə çatıb - 3,3 milyard ABŞ dollarını ötüb".
Fuad Mədətov
Fins.az