Azərbaycanda fəaliyyət göstərən, milli brend sayılan "SAMADOV Hüquq və Audit" şirkəti korporativ sektorda müştərilərinə audit, hüquq, vergi, mühasibatlıq və insan resursları sahəsində peşəkar xidmətlər göstərir.
Fins.az xəbər verir ki, uzun müddətli təcrübəsi, Azərbaycan, ingilis və rus dillərinə hakim olan əməkdaşları bir araya gətirən şirkət, bu günə kimi korporativ sektorda böyük uğurlara imza atmış, müştərilərinin müxtəlif fəaliyyət sahələri üzrə problemlərinin həllinə nail olub.
"SAMADOV Hüquq və Audit" şirkəti hazırda respublika səviyyəsində tanınan və müxtəlif sektorlarda fəaliyyət göstərən 50-dən çox yerli və xarici şirkətlərin, eləcə də onların nümayəndəlik və filiallarının auditini aparır, hüquq, vergi, mühasibatlıq və insan resursları sahəsində gündəlik işlərini görür.
Şirkətin komandasının əsas missiyası əməkdaşlıq qurduğu şirkətlərə yüksək keyfiyyətlə peşəkar xidmət göstərib, müştəri məmnuniyyətini qazanmaqdır.
Şirkətin üstünlükləri:
• Komanda yanaşması
• Peşəkarlıq
• Yüksək təcrübə
• Sərfəli qiymət
• Sürətli həll
• Dəqiqlik
Fuad Mədətov
Fins.az