Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana elektrik avadanlıqları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26,6 faiz artıraraq, 263,8 milyon dollara çatdırıb.
Fins.az TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Noyabr ayında Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 57,5 faiz artıraraq, 31,2 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 16,2 milyard dollara bərabər olub.
Bu ilin dekabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 2,1 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.
Fuad Mədətov
Fins.az