Türkiyə Statistika Təşkilatı (TÜİK) noyabr ayı tikinti xərcləri indeksi məlumatlarını açıqlayıb.
Fins.az xəbər verir ki, tikinti dəyəri indeksi 2023-cü ilin noyabr ayında bir əvvəlki aya görə 1,52%, bir əvvəlki ilin eyni ayına görə isə 66,49% artdı.
Əvvəlki ayla müqayisədə maddi göstərici 2,06 faiz, əmək indeksi isə 0,19 faiz artıb.
Bundan əlavə, maddi göstərici əvvəlki ilin eyni ayına görə 53,46% artıb. Əmək indeksi 110,77 faiz artıb.
Günel Məlikzadə
Fins.az