BİZNES

13 Yanvar

HP Enterprise Juniper Networks-i satın alır

Juniper Networks şirkətlərin birgə bəyanatına əsasən, Hewlett Packard Enterprise-nin təxminən 14 milyard dollar (səhm üçün 40 dollar) dəyərində alış təklifini qəbul edib.

Fins.az xəbər verir ki, sözügedən təklif baş ofisi ABŞ-ın Sunnyvale şəhərində yerləşən Juniper Networks şirkətinin səhmlərinin yanvarın 8-də Fond Birjasının bağlanış qiymətindən təxminən 33 faiz yuxarı rəqəmə uyğundur.

Hesablama avadanlığı istehsal edən və bulud xidmətləri göstərən Hewlett Packard Enterprise, təxminən 100 illik texnologiya şirkəti və şəbəkə avadanlığı istehsalçısı olan Juniper Networks-i satın alaraq süni intellekt əsrində şirkəti daha yaxşı mövqeləndirməyi hədəfləyir.

14 milyard dollarlıq alışın lazımi icazələrdən sonra 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində başa çatdırılması gözlənilir.

Günel Məlikzadə
Fins.az