BİZNES

10 Yanvar

Azərbaycanın qeyri-neft ixracında REKORD qeydə alınıb

Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alınıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-dan Fins.az-a verilən məlumata görə, 2023-cü ildə Azərbaycandan 3,348 mlrd. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da 2022-ci illə müqayisədə 9,8% çoxdur.

Təkcə ötən ilin dekabr ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 314,2 mln. ABŞ dollarlından çox təşkil edib ki, bu da illik ifadədə 3,8%-lik artım deməkdir.

Ötən ilin IV rübündə isə ölkədən 914,2 mln. ABŞ dollarına yaxın qeyri-neft məhsulları ixrac olunub, bu da əvvəlki ilin analoji rübü ilə müqayisədə 7,9% çoxdur.

Fuad Mədətov
Fins.az