BİZNES

10 Yanvar

ASCO-nun tərkibindəki 2 şirkət LƏĞV OLUNDU

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) struktur islahatları olub.

Fins.az xəbər verir ki, bu barədə "Vergilər" qəzetində iki elan yerləşdirilib.

Bildirilib ki, “ASCO Mühafizə” MM-nin fəaliyyətinə xitam verilərək, “ASCO Nəqliyyat” MMC-yə birləşdirilib. “ASCO Mühafizə” MMC-nin hüquq və vəzifələri “ASCO Nəqliyyat” MMC-yə keçib. “ASCO Nəqliyyat” MMC “ASCO Mühafizə” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunub.

Qeyd edilib ki, “ASCO Logistics” MMC-nin fəaliyyətinə xitam verilərək, “ASCO Nəqliyyat” MMC-yə qoşulub. “ASCO Logistics” MMC-nin hüquq və vəzifələri “ASCO Nəqliyyat” MMC-yə keçib. “ASCO Nəqliyyat” MMC “ASCO Logistics” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.

Fuad Mədətov
Fins.az