BİZNES

10 Yanvar

Türkiyə Azərbaycana hazır geyim məhsulları ixracını 11,6 faiz artıb

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana hazır geyim məhsulları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artıraraq 79,1 milyon dollara çatdırıb.

Fins.az TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2023-cü ilin dekabr ayında Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 29 faiz azalaraq 6,4 milyon dollar olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalaraq, 19,3 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 14,6 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 19,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az