”Azani” firması 2000 – ci ildə, tekstil sahəsində neçə illik təcrübəsi olan Azərbaycanlı iş adamı tərəfindən təsis olunmuş və həmin ildən etibarən fəaliyyətə başlayıb.
Fins.az xəbər verir ki, şirkətin təqdimatına görə, şəkər balalar üçün istehsal olunan hər bir məhsul çeşidinə peşakar və səmimi içşi heyəti, işə diqqət və qayğı ilə yanaşaraq yüksək keyfiyyət göstəricisi olan “Nihat bəbə”, “Toniton” və “Far” brendlərini bütün müştərilərinə sevdirməyi bacarıb.
”Azani” firmasının digər üstünlüklərindən biri də, yüksək keyfiyyətli parçaların tədarükü ilə yanaşı, professional və tam avtomatlaşdırılmış avadanlıqlara sahib olmasıdır.
“Azani” firmasının istehsal etdiyi məhsul çeşidləri Yapon,Türk və Çin dövlətlərinin istehsalı olan tam avtomatlaşdırılmış avadanlıqlar vasitəsilə tikilir. Keyfiyyətli parça növləri və mükəmməl avadanlıqlar ilə yanaşı, “Azani” firması peşəkar, işinə qarşı tələbkar, mehriban və daim səmimi olan işçi heyətə malikdir.
Fuad Mədətov
Fins.az