BİZNES

09 Yanvar

Bakıda məşhur "Sabina Perfumery & Cosmetics" mağazalar şəbəkəsi ləğv olunub

“Sabina PerfumeryCosmetics” şirkəti ləğv olunub.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti elan dərc edib.

Kreditorlar iki ay ərzində tələblərini Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 11 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Sabina P and C” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Quliyev Elmar Ramiz oğludur.

Fuad Mədətov
Fins.az