Eurostat-ın məlumatına görə, noyabrda Avrozonada işsizlik səviyyəsi 6,5 faizdən 6,4 faizə düşüb.
Fins.az xəbər verir ki, Avrozonada gənclər arasında işsizlik səviyyəsi 14,8 faizdən 14,5 faizə enib.
Avropanın ən böyük iqtisadiyyatları olan Almaniyada işsizlik nisbəti 3,1 faiz, Fransada isə 7,2 faiz təşkil edib. Avrozonada işsizlik nisbətinin ən yüksək olduğu İspaniyada bu nisbət 11,9%-a enib.
Aİ-də oktyabrda 6% olan mövsümi təsirlərdən təmizlənmiş işsizlik nisbəti noyabrda 5,9%-a düşüb. Noyabrda Aİ-də işsizlərin sayı 12 milyon 954 minə çatıb. Bu insanların 10 milyon 970 mini Avro Bölgəsində idi.
İşsizlik nisbətinin azalması Avropa Mərkəzi Bankının qısa zamanda faizləri azaltmağa başlamayacağına dair gözləntiləri də gücləndirib.
ECB-dəki siyasətçilər ilin ortalarına qədər borclanma xərclərinin azalacağını gözləmirlər. ECB iqtisadi fəallığın bərpa olunacağı gözləntiləri ilə bu il işsizlik nisbətində mülayim artım proqnozlaşdırır.
Günel Məlikzadə
Fins.az