BİZNES

09 Yanvar

Keçən il Türkiyə Azərbaycana polad məhsulları ixracını 15,1 faiz azaldıb

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz azaldaraq 114,2 milyon dollara çatdırıb.

Fins.az-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Dekabr ayında Türkiyə Azərbaycana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 35,3 faiz azaldaraq 8,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq, 14,9 milyard dollara bərabər olub.

Bu ilin dekabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,1 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az