BİZNES

09 Yanvar

Bakı şəhərinin Baş planının icrasına bu qədər vəsait lazımdır?

Bakı şəhərinin Baş planının icrasına xərclənəcək vəsait açıqlanıb.

Fins.az xəbər verir ki, bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında məlumat verilib.

Bildirilib ki, 2020-2040-cı illərdə Bakı şəhərinin inkişafı üçün 93,6 milyard manat məbləğində vəsait tələb olunur.

Qeyd olunub ki, Baş plan çərçivəsində əsaslı kapital qoyuluşu tələb edən dörd əsas icra istiqamətindən üçü dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirləri ehtiva edir. Buraya mühəndis-kommunikasiya təminatı infrastrukturunun və nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi, ətraf mühitin sağlamlaşdırılması kimi tədbirlər aiddir.

Bu tədbirlərin əksər hissəsi dövlət və ya bələdiyyə tərəfindən maliyyələşdirilməlidir. Mühəndis-kommunikasiya təminatı infrastrukturun yaxşılaşdırılması proqramı çərçivəsində bərpa olunan enerji təsərrüfatlarının tikintisi qismən özəl şirkətlərə həvalə edilə bilər. Lakin bu sahə gəlirlərin paylanılması baxımından dövlət nəzarəti altında qalmalıdır.

Əsaslı kapital qoyuluşunun sahələr üzrə bölgüsündə bərpa olunan enerji sahəsinin inkişafı üçün qoyulacaq sərmaye 50/50 nisbətində götürülüb. Şəhərin fiziki inkişafına xüsusən özəl sektorun cəlb edilməsi təşviq edilməlidir. Lakin bununla yanaşı, yaşayış, ictimai-işgüzar və sənaye ərazilərinin inkişafı zamanı sosial və ətraf mühit aspektləri də nəzərə alınmalıdır və bu, ciddi dövlət nəzarəti tələb edir.

Fuad Mədətov
Fins.az