Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir.
Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazxiri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Sənaye zonalarında ilk avtomobil istehsalına 2018-ci ildə başlanılıb, həmin il 712 ədəd avtomobil istehsal edilmişdisə, 2023-cü ildə bu rəqəm 4.233 təşkil edib. Bu, ötən illə müqayisədə, təqribən 109% artım deməkdir", - deyə nazir bildirib.
Fuad Mədətov
Fins.az