Çin Nəqliyyat Nazirliyinin məlumatına görə, yanvar-noyabr aylarında ölkə limanlarında daşınan konteynerlərin həcmi 280 milyon TEU, daşınan yüklərin həcmi isə 15,51 milyard ton təşkil edib.
Fins.az xəbər verir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə daşınan vahid konteynerlərin sayı 4,9 faiz, yüklərin həcmi isə 8,4 faiz artıb.
Sözügedən dövrdə xarici ticarətlə bağlı yükdaşımalar da 9,6 faiz artıb.
Artımlar Covid-19 epidemiyası ilə əlaqədar 2022-ci ildə həyata keçirilən tədbirlərin yaratdığı aşağı bazanın təsiri ilə əlaqədardır.
Çində 2022-ci ildə Covid-19 epidemiyası səbəbilə ölkənin əsas limanlarına ev sahibliyi edən Şanxay, Quançjou, Ninbo, Sincan, Tianjin, Qingdao və Dalian kimi şəhərlərdə tətbiq edilən karantin tədbirləri yük daşımalarında fasilələrə səbəb olub.
Günel Məlikzadə
Fins.az