“Attraksion MMC” şirkəti 2008-cı ildən fiziki şəxs kimi N.Nərimanov parkında fəaliyyətə başlayıb və bu gün də həmin parkdakı attraksionlar fəaliyyətdədir.
Fins.az xəbər verir ki, şirkət Azərbaycanın bir çox ərazilərindəki parklarda öz məhsul və bacarıqlarını uğurla həyata keçirmiş, mexanikləşdirilmiş və şişirdilmiş uşaq attraksionları ilə həm öz istehsal etdiyi, həm də inkişaf etmiş ölkələrdən idxal etdiyi bol-bol məhsullarla təmin edib.
Azərbaycan Respubliksının Prezidentinin açılışılarnda iştirak etdiyi park, bulvar və əyləncə mərkəzləri sırasına 2010-cu ildə Şabran rayonu parkı, 2011-ci ildə N.Nərimnov parkı, 2012-ci ildə Astara şəhər bulvarı, 2013-cü ildə Bərdə rayonu H.Əliyev və Gədəbəy rayonu parkı, 2014-cü ildə Göy-göl rayonu parkı, 2016-cı ildə Sumqayıt şəhər bulvarı, 2017-ci ildə Suraxanı rayonu Neftçilər parkı daxildir.
Bu gün də Sumqayıt şəhər bulvarındakı attraksionlar fəaliyyətdədir. Həmçinin icra hakimiyyətlərinin, nazirlərin və eləcə də millət vəkillərinin açılışlarında iştirak etdikləri park, bulvar və əyləncə mərkəzləri sırasına 2008-ci ildə Ağcabədi rayon parkı, 2009-cu ildə Xırdalan şəhəri AAAF park yaşayış kompleksi, 2010-cu ildə Quba rayonu və Gürcüstan Respublikası Tbilisi Milli Parkı, 2011-ci ildə Bakıxanov qəsəbəsi parkı, 2015-ci ildə Yeni Gəncədə “Gənclənd” əyləncə mərkəzi, 2016-cı ildə İsmayıllıda “Günəş” istirahət və əyləncə mərkəzi, 2018-ci ildə Hacıqabul rayonu “Fədək” istirahət və əyləncə mərkəzi, 2020-ci ildə Şirvan şəhəri M.Füzuli parkı, 2022-ci ildə Qəbələ rayonu Nohur Göl və Xırdalan şəhəri H.Əliyev parkları daxidir.
Bu gün də Şirvan şəhəri M.Füzuli parkındakı attraksionlar fəaliyyətdədir.
2019-cu ildən “Attraksion MMC”nin səhmlərini alaraq fəaliyyətini davam etdirmiş və bu gün aşağıda qeyd etdiyimiz təkliflərlə inkişaf etməkdədir.
Biz bu təkliflərlə “Aygün Mall” (“Aygün City”), Hacıqabul rayonu “Fədək” istirahət mərkəzi, EKO park, “Quba Palace” otelinin “Quba Planet” əyləncə mərkəzinin bütün xahiş və tələblərinə aid bağlanılmış qarşılıqlı müqavilələr əsasında öz peşəkar və təcrübəli baçarıqlarımızı bu günə kimi əsirgəmədən fəaliyyətimizi davam etdiririk.
“Attraksion MMC”nin Təklif və Xidmətləri aşağidakılardan ibarətdir.
1. Şirkətinizin balansında olan hər bir attraksionların ayrı-ayrılıqda Texniki Pasportları ilə təmin olunması (FHN-dən qeydiyyatdan keçirilmiş);
2. Attraksionların texniki diaqnostikasının təşkili (nasazlıqların, o cümlədən, çatışmamazlıqların müəyyən olunması) və texniki hesabatın verilməsi;
3. Təmir, çatışmamazlıq və nasazlıqların aradan qaldırılması üçün “Attraksion MMC” tərəfindən Servis Xidmətinin göstərilməsi (Sifarişli təminatı);
4. Servis göstərilmiş attraksionlara mövsüm ərzində 3 dəfə texniki baxışdan keçirilməsinin təmin olunması (ayrı-ayrı tarixlərdə);
5. Parkınızın yeni attraksionlarla təminatı (müxtəlif konfiqurasiyalı attraksionların ən asası daxili istehsal həmçinin geniş əlaqələrimizin sayəsində xarici istehsal və yerində quraşdırıb təhvil verilməsi).
Fuad Mədətov
Fins.az