Rasim Mahmudov Caspian Energy Club-un sədrinin birinci müavini və qrupun Baş Maliyyə Direktoru vəzifəsinə təyin olunub.
Bu barədə Fins.az-a "Caspian Energy Club"un İdarə heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
T.Əliyevin sözlərinə görə, Rasim Mahmudov artıq 25 ildir ki, dünyanın müxtəlif ölkələrində "Caspian Energy" brendini fəal şəkildə təbliğ edən, klubun bütün layihələrində fəal iştirak edən insanlardandır. “Bundan başqa, Rasim Mahmudov "Caspian Energy Club" çərçivəsində həyata keçirilən bir çox formatların və layihələrin, habelə sloqanların müəllifidir.
Rasim Polad oğlu Mahmudov
Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.
Layihə menecment və marketing üzrə beynəlxalq sertifikatların sahibidir.
1991-ci ildən 1999-cu ilə qədər müxtəlif informasiya agentliklərində və marketinq şirkətlərində müxbir və analitik kimi çalışıb.
Eyni zamada ARG şirkətində marketinq və sosioloji tədqiqatları ilə məşğul olurdu. Beynəlxalq Təşkilatların Azərbaycanda təşkil olunmuş layihələrində iştirak edib.
1997-1998-ci illərdə hərbi xidmətdə olub.
1999-cu ildən "Caspian Energy"də işləyir.
2000-ci ildən xarici əlaqələr üzrə menecer vəzifəsində çalışıb. Həmin vaxtdan etibarən daimi əsaslarla konfrans, forum, sərgilərdə iştirak edərək, "Caspian Energy Club" və "Caspian Energy İnternational Media Group"un fəaliyyətini təmsil edib. Bir sıra konfranslarda məruzəçi qismində çıxış edib.
"Caspian Energy Club"un xaricdəki tədbirlərinin təşkilində bilavasitə iştirak edib, xarici şirkətləri Klubla əməkdaşlığa cəlb edib, Azərbaycanda fəaliyyət mövzusunda xarici təşkilatlarla danışıqlar aparıb. Sərgi və konfrans təşkilatçılığı ilə məşğul olan təşkilatlarla Azərbaycan şirkətlərinin Klub xətti ilə həmin tədbirlərdə iştirak predmeti üzrə danışıqlar aparıb.
Hal-hazırda "Caspian Energy Club"un baş icraçı direktorunun birinci müavini vəzifəsində çalışır.
"Caspian Energy Club" dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
"Caspian Energy Club International" 2023-cü ildə "Caspian Energy Club"un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində "Caspian Energy Club International" dünyanın 100 ölkəsində klubun fiziki ofislərini yaratmağı planlaşdırır. "Caspian Energy Club International"ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.
Fuad Mədətov
Fins.az