Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Baş Qərargahında keçirilən 7-ci Dövr Türkiyə-Böyük Britaniya İqtisadi və Ticarət Birgə Komitəsinin (JETCO) iclasında ticarət naziri Ömər Bolat və Böyük Britaniyanın Beynəlxalq Biznes və Ticarət üzrə Dövlət Naziri Kemi Badenok bir araya gəlib.
Fins.az xəbər verir ki, görüşdən sonra Bolat və Badenoch Türkiyə-Böyük Britaniya JETCO Protokolu və Fəaliyyət Planını imzalayıblar.
İmzalanma mərasimindən sonra çıxış edən Bolat JETCO-nun 7-ci Dövr görüşünün məhsuldar keçdiyini və əvvəlcə həmkarı ilə ikitərəfli görüş keçirdiyini, daha sonra dəyirmi masa görüşündə iş adamlarının iştirakı ilə iki ölkə arasında ticarət məsələlərini müzakirə etdiyini bildirib.
İngiltərənin Türkiyənin ən əhəmiyyətli ticarət tərəfdaşları arasında olduğunu ifadə edən Bolat, "2022-ci ildə iki ölkə arasında ticarət həcmi təxminən 19 milyard dollar idi və 2023-cü ildə də eyni səviyyə qorundu. Əslində İngiltərənin təxminən 12,5 milyard dollar ixracatı var. Ölkəmizin dördüncü ən əhəmiyyətli ixrac tərəfdaşıdır" dedi.
Bolat İngiltərənin Türkiyənin qarşılıqlı sərmayələr sahəsində mühüm tərəfdaşı olduğunu və 8,3 milyard dollarlıq birbaşa sərmayə ilə Türkiyəyə ən çox investisiya yatıran 5-ci ölkə olduğunu bildirib.
Günel Məlikzadə
Fins.az