BİZNES

05 Yanvar

Qlobal innovasiya indeksi əsasında təhlil

Dünya ölkələrindəki innovasiya mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsi və innovasiya sahəsindəki performanslarının müqayisəsi üçün Qlobal Innovasiyalar Indeksi (QII) hesabatı nəşr edilir. QII layihəsi professor Soumitra Duttaya məxsusdur. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) 2011-ci ildə QII ilə əməkdaşlıq edərək, 2012-ci ildən etibarən QII-ni birgə nəşr etməyə başlamışlar. 2013-cü ildən 2020-ci ilə qədər Kornell Universiteti, INSEAD və Ü ƏMT tərəfindən birgə nəşr olunan QII 2021-ci ildən etibarən ÜƏMT tərəfindən Portulans Institutu, müxtəlif korporativ və akademik şəbəkə tərəfdaşları və QII Məsləhət Şurası ilə birlikdə nəşr olunur. QII müxtəlif faktorları nəzərə alaraq ölkələrin innovasiya potensialını və inkişafını mü qayisə etmək üçün hazırlanır.

Ölkələrin innovasiya sahəsindəki potensialının ölçülməsi üçün istifadə edilən göstəricilərə elmi və texnoloji potensial, istehlakçı tədqiqatları, yaradıcı sahələrin inkişafı və s. aiddir. Bu indeks, ölkənin elmi və texnoloji potensialını, iqtisadi inkişaf səviyyəsini və s. qiymətləndirməklə yanaşı, bu sahədəki güclü və zəif tərəflərini müəyyənləşdirir.

Ölkələrdə innovasiyanın mövcud vəziyyətini dolğun olaraq ifadə etmək üçün indeks iki fərqli alt-indekslərə ayrılır: innovasiya amilləri alt-indeksi (innovation input) və innovativ nəticələr alt-indeksi (innovation output). Ümumilikdə isə QII tərkibində 7 komponenti birləşdirir. Bu komponentlərdən 5-i (Institutlar, Insan kapitalı və tədqiqatlar, Infrastruktur, Bazar inkişafı, Biznesin inkişafı) Innovasiya amilləri alt-indeksinə, 2-si (Elmi-texnoloji yeniliklər, Kreativ nəticələr) isə innovativ nəticələr alt-indeksinə aiddir. 132 ölkəni əhatə edən 2023-cü il hesabatına əsasən qeyd edə bilərik ki, təxminən 82 amil nəzərə alınaraq ölkələrin innovasiya potensialını və mövcud inkişafı qiymətləndirilir.

Azərbaycanın da yer aldığı QII hesabatının 2023-cü il nəşrinə əsasən bu ilin ən innovativ iqtisadiyyatı Isveçrəyə məxsusdur, ondan sonra Isveç, ABŞ, Böyük Britaniya və Sinqapur gəlir. Postsovet ölkələri arasında reytinq təhlili apardıqda isə görərik ki, 2022-ci ilin hesabatında olduğu kimi bu ildə ön sıralarda ardıcıl olaraq Estoniya 16-cı, Litva 34-cü , Latviya 37-ci yerdə qərarlaşmışdırlar.

Cədvəl 1. Bəzi postsovet ölkələrinin Qİİ üzrə reytinq göstəriciləri

 

Ölkələr

2023

Qİİ

İnnovasiya

amilləri

İnnovasiya

nəticələri

Estoniya

16(+2;+5)

14(+1;+10)

16(+6;+4)

Litva

34(+5;+5)

32(+2;+3)

37(+10;+6)

Latviya

37(+4;+1)

38(+1;= )

39(+3;= )

Rusiya

51(-4;-6)

58(-12;-15)

53(-3;-1)

Qazaxıstan

81(+2;-2)

68(-3;-7)

87(+10;+14)

Azərbaycan

89(+4;-9)

76(+3;-2)

104(+6;-13)

Qırğızıstan

106(-12;-8)

94(-9;-13)

112(-4;+7)

Tacikistan

111(-7;-8)

109(-5;-5)

107(-6;-11)

Mənbə: Qlobal Innovasiya Indeksinin 2021-2023-cü illər üzrə hesabatları əsasında tərtib edilmişdir.

Qeyd: xanalarda mötərizədəki 1-ci rəqəm 2022-ci il , 2-ci rəqəm isə 2021-ci il ilə müqayisədə dəyişən reytinqin kəmiyyətlə ifadəsidir. Müvafiq olaraq rəqəmlərin qarşısındakı “+” işarəsi reytinqdəki irəliləyişi, “-” işarəsi isə geriləməni ifadə edir.

Cədvəl 1-də Azərbaycanın və digər postsovet ölkələrinin 2023-cü il və son iki il ilə müqayisədə reytinqlərdəki dəyişikliklər əks olunmuşdur. QII-nin indikatorlarının tərkibindəki dəyişikliklər QII reytinqlərinin illik müqayisə edilməsinə təsir göstərir. 2022-ci il hesabatında QII üzrə ölkəmiz 93-cü yerdə qərarlaşmışdır. 2023-cü il hesabatında Azərbaycan mövqeyini 4 pillə, yəni 93-cü yerdən 89-cu yerə yüksəltməklə yaxşılaşdırmışdır. Azərbaycan "Innovasiya amilləri" alt-indeksi üzrə reytinqə uyğun olaraq ötən ilə nisbətən sıralamada 3 pillə yüksələrək 76-cı yerdə qərarlaşmışdır.

Innovativ nəticələr alt-indeksi üzrə reytinqə nəzər saldıqda isə görərik ki, bundan əvvəlki il üçün 110-cu yerdə olduğu qeyd olunan QII hesabatının 2023-cü il nəşrində artıq 6 pillə, yəni 104-cü yerədək yüksəldiyi açıqlanmışdır. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, ölkəmiz 2021-ci illə müqayisədə eyni alt indeks üzrə indiki mövqeyindən 13 pillə daha yüksəkdə, 91-ci yerdə qərarlaşmışdır.

Cədvəl 2. 2023-cü il üzrə bəzi postsovet ölkələrinin Qİİ indikator qruplarına görə mövqeyi

Komponentlər

 

Ölkələr

 

İnstitutlar

İnsan kapitalı və

tadqiqat

 

İnfra- struktur

 

Bazarın inkişafı

Biznesin inkişaf səviyyəsi

Bilik və texnologiya sahəsində

nəticələr

 

Kreativ nəticələr

Estoniya

11(+1)

34( = )

5(+5)

5(-2)

25( = )

20(+1)

15(+9)

Litva

19(+7)

42(+2)

43(+2)

34(-2)

35(+2)

29(+19)

41(+6)

Latviya

39(-4)

43(+5)

33(+19)

61(+4)

37(-1)

49(-5)

31(+11)

Rusiya

110(-21)

26(+1)

72(-10)

56(-8)

44( = )

54(-3)

53(-5)

Azərbaycan

42(+4)

87( = )

95(-5)

85(-5)

64(+13)

114(+3)

100(+5)

Ukrayna

100(-3)

47(+2)

77(+5)

104(-2)

48( = )

45(-9)

37(+26)

Gürcüstan

25(+5)

69(+1)

80(+3)

77(-5)

58(+6)

72(+3)

81(+5)

Belarus

128(+2)

37(-2)

71(-4)

99(-3)

74(-2)

47(-7)

88(+3)

Özbəkistan

55(+8)

89(+6)

73(+1)

69(-9)

78(-4)

78(+2)

93(+9)

Qazaxıstan

61(-9)

59(+1)

59(-1)

87(+3)

75(-7)

83(-2)

90(+28)

Qırğızıstan

122(-9)

49(+14)

92(-6)

71(-20)

114(-7)

96(-4)

116(+5)

Tacikistan

90(+1)

99(-14)

122(-1)

94( = )

110(+18)

85(-1)

123(-7)

Mənbə: 2022-2023-cü illər ü zrə QI˙I˙ hesabatları əsasında tərtib edilmişdir.

Qeyd: Komponentlər üzrə bu ilki mövqelərin 2022-ci il ilə müqayisəsi mötərizədə rəqəmlərlə ifadə edilmişdir. Müvafiq olaraq rəqəmlərin qarşısındakı “+” işarəsi reytinqdəki irəliləyişi, “-” işarəsi isə geriləməni ifadə edir.

Cədvəl 2-də alt-indekslərə daxil olan komponentlər üzrə reytinqlər göstərilmişdir. Bu nəticələr 7 komponentin hər birinə ayrı-ayrılıqda məxsus olan göstəricilərin reytinqlərinə əsasən müəyyən edilir. Azərbaycanın 2023-cü il QII hesabatında 89-cu yerdə qərarlaşması müvafiq sahələrin müxtəlif səviyyədə inkişafı nəticəsində bu göstəricilərin güclü və zəif tərəfləri ilə əlaqədardır. 2023-cü il QII hesabatında Azərbaycanın güclü tərəfləri kimi, biznesin aparılması siyasəti - 22; işdən çıxarılma xərcləri - 51; hökumətin effektivliyi - 58; şagird-müəllim nisbəti, orta təhsil - 17; hökumət maliyyəsi/şagird, orta, % ÜMD - 28; tədqiqatçılar - 44; təbiət və texniki elmlər (mühəndislik) məzunları - 47; universitet-sənaye-tədqiqat əməkdaşlığı - 25; klasterlərin inkişafı - 28; elmi dərəcəsi olan işləyən qadınlar – 55 və s. indikatorları üzrə qeyd olunmuşdur. 2023-cü ilin QII hesabatında açıqlanan nəticələrə əsasən Azərbaycanın zəif tərəflərinə isə universitetlərin reytinqi, ilk 3-də olan universitetlərin orta gö stəricisi - 71; tədqiqat və işləmələrlə investisiya yatıran top 3-də olan qlobal şirkətlər - 40; ü mumi kapital formalaşması (investisiyaların ÜDM-ə nisbəti) - 122; birgə müəssisələrin strateji əməkdaşlıq müqavilələri - 115; xaricdən maliyyələşdirilən elmi tədqiqatlar - 96; patent ailəsi/mlrd PPP$ Ü DM) - 95; istehsal və ixracın mü rəkkəbliyi - 114; kreativ məhsulların ixracı – 121 və s. indikatorlar qeyd olunmuşdur.

Ölkəmizin dünya üzrə innovativ mövqeyin formalaşdıran güclü tərəflərinin olması ilə yanaşı bəzi götəricilərdə zəif reytinq əldə etdiyini də qeyd etmək lazımdır. Buna baxmayaraq, bir neçə komponentə daxil olan göstəricilərin hal-hazırda tutduğu yer QII hesabatındakı lider ölkə olan Isveçrənin, postsovet ölkələri üzrə birinci olan Estoniyanın eyni göstəriciləri üzrə reytinqindən daha yüksəkdədir. Belə ki, Azərbaycanda Insan kapitalı və tədqiqatlar komponentinə daxil olan orta təhsildə şagird başına görə dövlət xərcləri göstəricisi üzrə 28-ci, şagird-müəllim nisbəti, orta təhsil göstəricisi üzrə isə 17-ci olduğu halda Isveçrədə bu göstəricilərin reytinq səviyyəsinə uyğun olaraq daha geri, yəni 34-cü və 27-ci yerlərdə qərarlaşmışdır. Estoniyada isə orta təhsildə şagird başına görə dövlət xərcləri alt indikatoru üzrə reytinq bizim reytinqdən 23 pillə geridə, yəni 51-ci yerdədir. Bununla yanaşı Estoniya Bazar inkişafı komponentinə daxil olan daxili bazarın həcm göstəricisi reytinqi üzrə 101-ci, biznesin inkişaf səviyyəsi bölməsi olan klasterlərin inkişafı göstəricisi reytinqi üzrə 62-ci olduğu halda ölkəmizin bu istiqamətlər üzrə mövqeyi daha yüksəkdir. Belə ki, Azərbaycan qeyd olunan birinci sahə üzrə 27 pillə fərqlə 74-cü , ikinci sahə üzrə isə 34 pillə fərq ilə 28-ci yerdə bərqərar olmuşdur.

Yuxarıda ümumi olaraq ölkəmizin 7 komponent üzrə reytinqi və bu komponentlərin alt indikatorları üzrə güclü və zəif tərəfləri qeyd olunmuşdur. Ancaq mövzunun məqsədinə uyğun olaraq insan kapitalına aid indikatorların üzərində ayrıca dayanıb bu göstəricilər üzrə zəif nəticə əldə edilməsinin səbəbini təhlil etməyə çalışacağıq.

Tədqiqat və işləmələrə investisiya yatıran top 3-də olan qlobal şirkətlər. 2023-cü il hesabatına görə ölkəmiz bu göstərici üzrə 40-cı, ötən il isə 38-ci yerdə qərarlaşmışdır. Sözü gedən indikator metdologiyasına əsasən beynalxalq səviyyədə olan üç ən böyük şirkət tərəfindən tədqiqat və inkişafa çəkilən orta xərclər indeksi ilə ölçülür. Azərbaycan da həmçinin listinqdə şirkətləri olmayan ölkələr sırasında olduğu üçün bu göstərici üzrə 0 balla qiymətləndirilmişdir. Dünya təcrübəsi göstərir ki, ancaq müəyyən proqrama əsaslanmaqla, sistemli planlaşdırma həyata keçirməklə tədqiqat və inkişaf prosesi effektiv olaraq reallaşdırıla bilər.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanaraq qeyd edə bilərik ki, respublikamızda tədqiqat və işləmələri yerinə yetirən təşkilatların sayı 2021-ci ildə 134, 2022-ci ildə isə 131 olmuşdur. Ayrı-ayrı hissələrə ayırdıqda isə 2021-2022-ci ildə dövlət sektoru üçün uyğun olaraq 90 və 86; özəl sektorda 2021-ci ildə 7, 2022-ci ildə isə 6; ali təhsil mü əssisələri üzrə isə tədqiqat və işləmələri yerinə yetirən təşkilatların sayı 2021-ci ildə 37, 2022-ci ildə isə 39-dur.

Qeyd olunan təşkilatlar tərəfindən ümumilikdə tədqiqat və işləmələrə çəkilən xərclər 2021- 2022-ci illər üzrə müvafiq olaraq 194 197,3 min manat və 202 676,9 min manat təşkil etmişdir. Bu xərclər dövlət sektorunda 2021-ci ildə 158 679,4 min manat, 2022-ci ildə 157 094,3 min manat, özəl sektorda 2021-ci ildə 5 729,3 min manat, 2022-ci ildə 3 657,0 min manat, universitetlərdə isə 2021-ci ildə 29 788,6 min manat, 2022-ci ildə isə 41 925,6 min manat olmuşdur.

Təqdim edilən məlumatlardan belə bir qənaətə gəlmək olar ki, 2021-ci ildə ü mumi xərcin yalnız 2,9 faizi, 2022-ci ildə 1,8 faizi özəl sektor tərəfindən qarşılanmışdır. Tədqiqat və işləmələrə çəkilən xərclərdə, təşkilatların sayında artım müşahidə olunmasına baxmayaraq, bu prosesin həyata keçirilməsində özəl sektor olduqca geridədir. Bunun isə müxtəlif səbəbləri ola bilər.

Universitetlərin reytinqi, ilk 3-də olan universitetlərin orta göstəricisi. 2023-cü il hesabatına görə ölkəmiz bu göstərici üzrə 71-ci, 2022-ci ildə isə 72-ci yerdə olmuşdur. Ötən illə müqayisədə 1 pillə irəliləyiş müşahidə olunsa da ümumi nəticə heç də ürəkaçan deyildir. “Universitetlərin reytinqi, ilk 3-də olan universitetlərin orta göstəricisi” indikatoru ölkə üzrə ilk üçlükdə olan universitetlərin orta balı indeksi ilə ölçülür. QS Dünya Universitetləri Reytinqi 2023-cü il hesabatına əsasən Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Iqtisad Universiteti QS Dünya Reytinqində TOP 1,100-1,200 sırasında yer almışdır. 2021 və 2022-ci illərdə də adı çəkilən universitetlər reytinqə daxil olmuşdur. Onu da qeyd etmək lazımdır ki, ölkəmiz yalnız 2021-ci ildən etibarən bu reytinqdə iştirak edə bilmişdir. Artıq Azərbaycanın 3-cü dəfə bu reytinqə daxil olmasına baxmayaraq arzulanan nəticəni hələ də əldə edə bilməməyimiz mövcud olan bir sıra problemlərlə əlaqədardır. Müəllimlərin tədqiqatçı, yenilikçi səviyyəsinin aşağı olması QS Dünya Reytinqində də qeyd olunduğu kimi həm akademik nüfuza, həm də elmi tədqiqatların statistikasına çox böyük mənfi təsir göstərən amillərdən biri hesab edilə bilər. Çünki elm daima yenilənir, uyğun olaraq müəllimlərin məlumatlarının yenilənməməsi hər il auditoriyalarda eyni məlumatların təkrarlanmasına səbəb olur, bu isə inkişafla təzad təşkil edir.

Növbəti amil kimi tələbələr üçün əlverişli şəraitin olmamasını göstərə bilərik. Bu da xarici tələbələrin Azərbaycana maraqlarının azalmasına, azərbaycanlı tələbələrin isə xaricdə təhsilə meyillənməsinə səbəb olur. Ali təhsilin beynəlmiləlləşməsinin sosial, mədəni, siyasi, iqtisadi və elmi motivləri var, ancaq onun əsas məqsədi dünyada ali təhsil sistemlərinin harmonizasiyasıdır. Ali təhsilin beynəlmiləlləşməsini şərtləndirən amillərə, xüsusilə də, Qərbdə son onilliklərdə ali təhsildə iştirakın sürətli artımı, “qlobal bilik iqtisadiyyatı” – yəni, texnologiya və elm əsaslı beynəlxalq iqtisadi münasibətlərə keçid və bu baxımdan tədqiqatın önəminin artması, insan kapitalının formalaşmasında ali təhsilin roluna artan diqqət, akademik muxtariyyət və azadlıqların institutlaşması, universitetlərin qlobal sıralaması sistemlərinin formalaşması daxildir.

Nəticə zəifliyinin səbəbi təkcə qeyd olunan problemləri əhatə etmir. Bu prosesin iştirakçıları ilə bağlı müxtəlif səbəbli maneələri qeyd etmək olar. Müxtəlif səbəbli problemlərin olması qaçınılmaz haldır, lakin buna baxmayaraq bu maneələrin aradan qaldırılması üçün müxtəlif tədbirlər həyata keçirilməlidir. Buna misal olaraq, elmi potensialın gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlıqların qurulmasına meyilliliyin artırılması, bu istiqamətdə beynəlxalq əlaqələr şəbəkəsinin genişləndirilməsi, QS reytinqlərinin metodologiyasını öyrənmək, sosial şəbəkələrlə fəal iş nümayiş etdirilməsini və s. göstərə bilərik.

Ölkəmizin bu reytinqdə mövqeyinin yaxşılaşdırılması üçün müxtəlif tipli tədbirlər həyata keçirilir. Misal olaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı qeyd edə bilərik. Dövlət Рroqramında qeyd olunmuşdur ki, inkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail olmuşlar. Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Bununla yanaşı innovasiyaların təşviq edilməsi və insan kapitalının yüksək səviyyədə inkişafı ilə bağlı məsələlər ətraflı şəkildə öz əksini tapmış olduğu “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ni də qeyd edə bilərik. Təhsil, elm və innovasiya arasında effektiv qarşılıqlı əlaqənin qurulması, yəni “bilik üçbucağ ı”nın formalaşdırılması məqsədilə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ali təhsil mü əssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi ayrıca tədbir kimi nəzərdə tutulmuşdur. Universitet klasterlərinin yaradılması “təhsil - tədqiqat - innovasiya” zəncirinin effektivliyini artırılmasına xidmət edir. Universitet klasterlərinin yaradılması araşdırma və təkmilləşdirmələrin həyata keçirilməsini, elmi nəticələrin istehsala tətbiqini, təhsil-elm-istehsal əlaqələrinin səmərəliliyi yüksəldəcəkdir.

Bu kontekstdə universitetlərin və elmi-tədqiqat institutlarının elmi fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılması prioritet əhəmiyyət daşıyır. Insan kapitalına qoyulan investisiyaların əsasən uzunmüddətli dövrdə bəhrə verməsini nəzərə alsaq bu istiqamətdə aparılan düzgün dövlət siyasətinin aparılması nəticəsində perspektivdə innovasiyalı iqtisadiyyatın yaradılması istiqamətində uğurlarımız şübhəsizdir. Bu da, Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətinin yüksəlməsinə və “Insan inkişafı indeksi” reytinqində ölkəmizin mövqeyinin möhkəmlənməsinə gətirib çıxaracaq.