BİZNES

28 Dekabr

AZPROMO-nun yaradılmasından 5 il ötür

Bu gün AZPROMO-nun yaradılmasından 5 il ötür.

Fins.az xəbər verir ki, 28 dekabr 2018-ci il tarixində "İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 451 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO yaradılıb.

Xatırladaq ki, AZPROMO 2003-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən qeyri-neft sektoruna xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu olaraq təsis edilib. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 451 nömrəli Fərmanı ilə sözügedən Fond ləğv edilərək, onun maddi-texniki bazası əsasında publik hüquqi şəxs statuslu Agentlik yaradılmışdır.

Fuad Mədətov
Fins.az