Goldman Sachs Group Inc., Morgan Stanley və UBS Group AG kimi 10 investisiya bankı və broker firmasının fikrincə, Çinin daşınmaz əmlak sektorunda daralma 2024-cü ildə də davam edəcək və ölkədə iqtisadi artımı azaldacaq.
Fins.az xəbər verir ki, bu gözləntilər reallaşarsa, Çinin daşınmaz əmlak sektoru üç il ardıcıl olaraq tarixdə ən uzun daralma seriyasına nail olacaq.
Çində daşınmaz əmlak investisiyaları üçün ən mühüm göstərici olan daşınmaz əmlaka əsas kapital investisiyaları 2023-cü ilin ilk 11 ayında illik 8 faiz azalma qeydə alıb. Bütün ötən il ərzində bu göstərici 8,4 faiz azalıb.
Goldman iqtisadçıları gələn il daşınmaz əmlaka əsas kapitala investisiya qoyuluşunda “iki rəqəmli” azalma gözləyirlər. Goldman iqtisadçılarının fikrincə, davam edən daşınmaz əmlakın çökməsi real ÜDM artımına 1 faiz bəndi aşağı təsir göstərəcək.
Morgan Stanley, daşınmaz əmlaka əsas kapitala investisiyalar göstəricisinin 7 faiz, UBS isə 5 faiz azalacağını proqnozlaşdırır. Çinli iqtisadçıların da mənfi gözləntiləri var; China Merchants Bank International daşınmaz əmlak investisiyalarının 7 faiz azalacağını gözləyir.
Günel Məlikzadə
Fins.az