BİZNES

27 Dekabr

Azərbaycanda nizamnamə kapitalı 1,5 milyon manat olan şirkət yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "A-Solutions Elektron Pul Təşkilatı" MMC-ni dövlət qeydiyyatına alıb.

Fins.az xəbər verir ki, yeni şirkət “Azercell Telecom” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 149-da qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 1,5 milyon manat, qanuni təmsilçisi isə Azad İsrail oğlu Hüseynovdur.

Fuad Mədətov
Fins.az