BİZNES

26 Dekabr

MİLLİ BREND: “Arsi Group" şirkəti

Azərbaycanın milli brendi hesab edilən mərmər və qranit məhsullarının istehsalı ilə məşğul olan “Arsi Group" şirkəti 1986-cı ildə yaradılıb və Türkiyə, Rusiya, Qazaxıstan, Əlcəzair, Küveyt və Azərbaycanda onlarla layihə həyata keçirib.

Fins.az xəbər verir ki, şirkət peşəkar komandası və avadanlıqları ilə mədən, mərmər fabrikləri və layihələrdə istehsalını həyata keçirən bir quruluşa malikdir. Bundan əlavə, mərmər dekorasiyasını tamamlayan mebel fabriki ilə istehsala başlayıb.

Azərbaycanda həyata keçirdiyi layihələrdə dizayn, layihə icrası, monolit və təmir də daxil olmaqla açar təslim işləri həyata keçirib. Mühüm layihələrindən bəziləri Dövlət Bayrağı Meydanı, 17 km Dənizkənarı Bulvar, Venesiya şəhərciyi, Dağüstü park və "Şuşa" Abşeron mehmanxanasıdır.

Hazırda heykəllər, kamin, oyma mərmər işləri görən şirkət 7-eksen robot "Waterjet" ve "Rotur" kimi maşın qrupu və texniki heyətiylə xidmət göstərir. Şirkət layihələr üçün tələb olunan hər cür mərmər, qranit və təbii daşları təmin etmək üçün lazımi bilik və avadanlıqlara malikdir. Heykəltəraşlıq və kamen oyma işlərini  robot və rotur makinaları ilə, tamamlama işlərini isə heykəltəraşlar tərəfindən həyata keçirilir.

Yaxın günlərdə Lökbatanda köhnə “Akkord” mərmər-qranit zavodunda xammaldan montaja xidmət göstərəcək.

Fuad Mədətov
Fins.az