BİZNES

26 Dekabr

Erdemoğlu Holdinqdən Sasa-da yeni səhm alışı

Erdemoğlu Holdinq, Sasa səhmlərində 1,5 milyon TL nominal məbləğdə səhm alışı əməliyyatı etdi.

Fins.az xəbər verir ki, keçən həftə Sasa-nın səhmlərini alan Erdemoğlu Holdinq, son günlər birjada yaşanan kəskin enişdən sonra yenidən səhm almaq üçün addım atıb .

İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) edilən açıqlamaya görə, Erdemoğlu Holdinq dekabrın 25-də Sasa-nın 1,5 milyon TL nominal səhmini 36,30-37,60 TL aralığında satın alıb.

Bu satınalma ilə Erdemoğlu Holdinqin Sasa kapitalındakı payı yüzdə 55,28-ə çatıb.

Günel Məlikzadə
Fins.az