BİZNES

25 Dekabr

İnnovativ iqtisadiyyatın inkişafında insan kapitalının rolu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən nəşr edilən “İqtisadi islahatlar” elmi-analitik jurnalının 8-ci sayını təqdim edib.

Fins.az xəbər verir ki, jurnalda dərc olunan "İnnovativ iqtisadiyyatın inkişafında insan kapitalının rolu" adlı məqalənin müəllifləri Mətanət Rəsulova (i.e.n., dos., Bakı Dövlət Universiteti, Maliyyə və menecment kafedrasının dosenti, IITKM-in insan resursları üzrə meneceri) və Sura Tağıyevadır (Bakı Dövlət Universiteti, Maliyyə və menecment kafedrasının magistri IITKM, islahat könüllüsü).

 

Məqalədə qeyd olunub:

“İqtisadiyyatda uğurun əldə edilməsi innovativ potensialın olması və onun həyata keçirilməsi şərtləri ilə əlaqədardır. Məqalədə innovativ iqtisadiyyatın inkişafı üçün insan fəaliyyətinə effektli iqtisadi baxışın zəruriliyi əsas götürülmüşdür. Azərbaycanın insan kapitalı üzrə beynəlxalq aləmdə möveyinin müəyyənləşdirilməsi məqsədi ilə müqayisəli təhlil aparılmış, təhlil əsasında bu sahədəki mövcud vəziyyət, göstəricilərin dinamikası verilmişdir. İllər üzrə ölkəmizin mövqeyində baş verən dəyişikliklər reytinq göstəricilərinə təsir edən amillərlə əlaqədardır. Reytinqlər üzrə göstəricilərin zəif tərəflərinin yaxşılaşdırılması, ümumilikdə isə yüksək kəmiyyət göstəricilərinin əldə edilməsi üçün sistemli planlaşdırmanın həyata keçirilməsi öz aktuallığını qoruyur. Bununla yanaşı zəif göstəricilər üzərində genişmiyaslı araşdırmaların aparılması, səbəblərin konkret olaraq müəyyənləşdirilməsi və dövlət səviyyəli həll mexanizimlərinin tətbiq edilməsi beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyinin artmasında xüsusi əhəmiyyətə malikdir.  Ölkəmizdə aparılan islahatların təhlili göstərir ki, insan kapitalının idarə edilməsinə yönəldilmiş düzgün dövlət siyasəti sayəsində Azərbaycan Respublikasında innovasiyalı iqtisadiyyatın yaradılması və inkişafı üçün əlverişli şərait yaranmışdır”.

Fuad Mədətov
Fins.az