Almaniya Federal Statistika İdarəsi (Destatis) ev qiymətləri ilə bağlı 2023-cü ilin üçüncü rübü məlumatlarını açıqlayıb.
Fins.az xəbər verir ki, iyul-sentyabr aylarında ölkədə mənzil qiymətləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz azalıb.
Beləliklə, ən kəskin azalma 2000-ci ildən, evlərin qiymətləri ilə bağlı məlumatların toplanmasına başlanıldığı vaxtdan müşahidə olunub. Bu günə qədər ən böyük azalmalar 2023-cü ilin birinci rübündə 6,8 faiz və 2023-cü ilin ikinci rübündə 9,6% ilə müşahidə olunub.
İlin ikinci rübü ilə müqayisədə ölkədə mənzil qiymətləri 1,4 faiz ucuzlaşıb. Maraqlıdır ki, qiymətlər 2022-ci ilin yazında pik həddinə çatdıqdan sonra davamlı olaraq aşağı düşüb.
Günel Məlikzadə
Fins.az