ABŞ Ticarət Nazirliyi noyabr ayı üçün yeni ev satış statistikasını açıqlayıb. Buna görə satışlar 12,2% azalaraq 590 min oldu. Bu, son 1 ildə ən aşağı səviyyə kimi qeydə alınıb.
Fins.az xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta hesablamaları 690 min olub.
Yeni ev satışı oktyabr ayında 4% azalaraq 672 minə gerilədi.
Ölkədə yeni ev satışları noyabrda keçən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artıb.
ABŞ-da satışa çıxarılan yeni evlərin orta satış qiyməti keçən ay keçən aya görə 4,8% artaraq 434 min 700 dollara çatıb.
Ölkədə əvvəlki günlərdə açıqlanan ikinci əl ev satışları, noyabr ayında təəccüblü bir canlanma yaşadı və ardıcıl 5 ay azaldıqdan sonra aylıq 0,8 faiz artaraq 3,82 milyona çatdı.
Günel Məlikzadə
Fins.az