BİZNES

22 Dekabr

“İnvestisiya səyahəti” layihəsi çərçivəsində Naxçıvan şəhərində sahibkarlarla görüş keçirilib - FOTO

Azərbaycan Mərkəzi Bankı tərəfindən kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə maarifləndirmə tədbirləri davam etdirilir. Biznes subyektlərinin kapital bazarı vasitəsilə maliyyələşməsinin təşviqi və kapital bazarının imkanları haqqında məlumatlılığın artırılması məqsədi daşıyan “İnvestisiya səyahəti” layihəsi çərçivəsində Mərkəzi Bank, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə sahibkarlarla 10-cu görüş 21 dekabr 2023-cü il tarixində Naxçıvan şəhərində keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, tədbirdə kapital bazarı üzrə ekspertlər tərəfindən sahibkarlara kapital bazarı vasitəsilə maliyyələşmə və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumat verilib. Ekspertlərin çıxışından sonra tədbirin ikinci hissəsində iştirakçılarla kapital bazarı vasitəsilə maliyyələşmə mövzusunda müzakirələr aparılmış və onların sualları cavablandırılıb.

Kapital bazarı üzrə maarifləndirmə tədbirləri növbəti ildə də davam etdiriləcəkdir.

Fuad Mədətov
Fins.az