BİZNES

22 Dekabr

"Ansar Leasing" nizamnamə kapitalını azaldıb

"Ansar Leasing" ticarət nişanı adı altında fəaliyyət göstərən "Azərbaycan Lizinq Şirkəti" MMC nizamnamə kapitalını kəskin azaldaraq 5 milyon manatdan 11 min manata endirdiyini elan edib.

Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, "Ansar Leasing"i 2008-ci ildə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası yaradıb.

Fuad Mədətov
Fins.az