İndiyə qədər Türkiyə şirkətləri dəyəri 18 mlrd. dollara çatan 517 layihədə iştirak edib.
Fins.az xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya forumunda çıxışı zamanı Türkiyənin ticarət naziri Ömer Bolat deyib.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında iqtisadi inteqrasiya daha da sürətlənməkdədir:
"2800 Azərbaycan şirkəti Türkiyəyə, 5800 Türkiyə şirkəti isə Azərbaycana investisiya edib. Sözügedən Türkiyə şirkətlərinin Azərbaycana yatırımları 12,5 mlrd. dollara çatıb".
Vüqar Bağırov
Fins.az